Kolumbiyadan Fələstinin dövlət müstəqilliyinin tanınması ilə bağlı açııqlama

Kolumbiyanın dövlət başçısı İvan Duque sələfi Juan Manuel Santos dövründə qəbul olunan Fələstinin dövlət müstəqilliyinin tanınması qərarının geridönməz olduğunu bildirdi.

1042876
Kolumbiyadan Fələstinin dövlət müstəqilliyinin tanınması ilə bağlı açııqlama

Kolumbiyanın dövlət başçısı İvan Duque "Caracol Radio"da qatıldığı proqramda sələfi Juan Manuel Santosun vəzifə müddətinin bitməsinə az qaldığı bir zamanda qəbul olunan Fələstinin dövlət müstəqilliyinin tanınması qərarının qüvvədə saxlanılıb-saxlanılmayacağı ilə bağlı verilən suala: "Bu, geridönməz bir qərardır" cavabını verdi.

Duque Nobel Mükafatı laureatı Santosun onu bu qərarla bağlı məlumatlandırdığını söylədi.

Vəzifə müddəti avqustun 7-də sona çatan sabiq dövlət başçısı Santosun avqustun 3-də qəbul etdiyi qərarla Kolumbiya Fələstini müstəqil və suveren dövlət olaraq tanımışdı.

49 milyondan çox əhalisi olan Kolumbiya 15 noyabr 1988-ci ildə müstəqilliyini elan edən Fələstin dövlətini tanımayan yeganə LatınAmerikası ölkəsi idi.
 



Әlaqәli Xәbәrlәr