İtaliya köçkünlərin gəmidən çıxmasına icazə verdi

Avropa İttifaqı ölkələrindən dəstək gözləyən İtaliyanın məsuliyyəti bölüşmək çağırışına birlik səssiz qaldı, amma ...

1037795
İtaliya köçkünlərin gəmidən çıxmasına icazə verdi
italya gemi gocmenler3.jpg
italya gemi gocmenler2.jpg
italya gemi gocmenler1.jpg

  İtaliyanın Katanya limanındakı gəmidə əsir edilən köçkünlərin çıxmalarına icazə verildi.

  15 avqustda Aralıq dənizində xilas edilərək İtaliya Sahil Təhlükəsizliyinə aid gəmi ilə Katanya limanına aparılan miqrantlara ayın 20-sindən quruya enmələrinə qadağa var idi. Nəhayət, İtaliya hökuməti qaçqınların gəmidən enməsinə razılıq verdi.

  Avropa İttifaqı ölkələrindən dəstək gözləyən İtaliyanın məsuliyyəti bölüşmək çağırışına birlik səssiz qaldı. Amma ilk dəstək ittifaq üzvü olmayan Albaniyadan gəldi. Albaniya 20 qaçqını alacağını bildirdikdən sonra İrlandiya da 20 köçkünü qəbul etməyə razılığını bildirdi.

  İtaliyanın Daxili İşlər naziri Matteo Salvini miqrantların gəmidən düşmələrinə icazə veriləcəyini söylədi. Ölkənin baş naziri Cüzeppe Konte (Giuseppe Conte) İtaliya Katolik Kilsəsinin qaçqınların çoxunu alacağını açıqladı.

  Qeyd edək ki, gəmidən düşmələrinə icazə verilməyən 190 miqrantdan sağlıq vəziyyəti pisləşənlər bundan əvvəl xəstəxanaya aparılmış, qalanlardan bəziləri isə aclıq aksiyasına başlamışdı.



Әlaqәli Xәbәrlәr