Avstraliya yeni kabinetini açıqladı

Avstraliyada iqtidarda olan Liberal Partiyasındakı liderlik səsverməsini qazanaraq ölkənin baş naziri olan Skot Morrison (Scott Morrison) hökumətin yeni kabinetini açıqladı.

1037868
Avstraliya yeni kabinetini açıqladı

  Avstraliyanın baş general-qubernatoru Piter Kosqrouvun (Piter Cosgrove) hüzurunda and içərək hökuməti qurmaq tapşırılan ölkənin 30-ci baş naziri Skott Morrison paytaxt Kanberrada (Canberra) yeni nazirlərin adlarını elan edib.

  Partiyadaxili səsverməyə əsasən keçmiş baş nazir müavini Coş Fridenberq (Josh Frydenberg) Xəzinə naziri, digər koalisiya ortağı, Milli Partiyanın sədri Maykl Makkormak (Michael McCormack) İnfrastruktur, Nəqliyyat və Regional İnkişaf naziri təyin olunub.

  S.Morrisonun Liberal Partiya daxilindəki liderlik səsverməsində 40-a qarşı 45 səslə geridə qoyduğu rəqibi keçmiş Daxili İşlər naziri Piter Dutton (Piter Datton) yenidən bu vəzifəyə qayıdıb.

  Miqrasiya və Sərhədqoruma Nazirliyinə Devid Koulman (David Coleman), Avstraliyanın 2013-cü ildən bu yana Xarici İşlər naziri olmuş Culi Bişopun (Julie Bishop) yerinə Müdafiə naziri Marisa Peyn (Marise Payne) gətirilib.

·        Müdafiə naziri Müdafiə Sənayesi naziri Kristofer Rayn (Christopher Pyne),

·        Müdafiə Sənayesi naziri Ticarət naziri Stiv Ciobo (Steve Ciobo) olub.

·         Anqus Teylor (Angus Teylor) Enerji,

·         Simon Birminhem (Simon Birmingham) Ticarət,

·         Melissa Prayc (Melissa Price) Ətraf Mühit,

·         Dan Tehan (Den Tehan) Təhsil,

·         Matias Korman (Mathias Cormann) Maliyyə,

·         Qreq Hant (Greg Hunt) Səhiyyə,

·         Devid Litproud (David Littleproud) Kənd Təsərrüfatı,

·         Xristian Porter (Christian Porter) Ədliyyə,

·         Mitç Fifild (Mitch Fifield) Kommukasiya,

·         Met Kanavan (Matt Canavan) Qaynaqlar və Şimali Avstraliya nazirləri olaraq eyni vəzifələrində qalıblar.



Әlaqәli Xәbәrlәr