Tufan və sel Çinin şərqi və şimal-şərqini dağıtdı
Fəlakətdən yüz minlərlə hektar kənd təsərrüfatı ərazisi, minlərlə ev və 9 milyondan çox insan ziyan çəkdi.
Çinin şərqi və şimal-şərqində həftə sonundan bu yana təsirli olan Rumbia tufanının yol açdığı sellərdə 31 nəfər həyatını itirib, 14-ü isə itkin düşdü.
Şandong və şimal-şərqdəki Liaoninq əyalətlərində tufanla gələn sel və daşqınlara görə 134 min adam yerlərindən köçürüldü.
Fəlakətdən yüz minlərlə hektar kənd təsərrüfatı ərazisi, minlərlə ev və 9 milyondan çox insan ziyan çəkdi.
Bəzi bölgələrdə sel-su səviyyəsi təxminən 60 santimetrə çatıb. Sellərlə əlaqədar ev və iş yerlərinə elektrik verilmir.
Hökumət tufan və selin vurduğu zərərin təxminən 700 milyon dollar olduğunu bildirib.
Çində tufan hava, dəniz və quru nəqliyyatını da iflic edib, çox sayda reys təxirə salınıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.