Pakistanda yeni hökumət və prezidentliyə namizədin adı açıqlandı

Pakistanda 25 iyul seçkilərinin qalibi Pakistan Ədalət Uğrunda Hərəkat Partiyası yeni hökuməti və prezidentliyə namizəd göstərilən şəxsin adını açıqladı.

1034971

 Partiyanın sözçüsü Favad Çaudrinin Twitter vasitəsilə verdiyi açıqlamaya görə, hökumətdə 20 nazir olacaq.
 
 Ötən gün Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan Baş nazir kimi and içərək vəzifəsinə başladı.

Xanın hökumətində Xarici İşlər naziri vəzifəsini Makdum  Şah Mahmud Hüseyn Kureşi icra edəcək.
 
Ədalət Uğrunda Hərəkat Partiyası sentyabrın 4-də keçiriləcək prezident seçkilərinə namizəd olaraq partiyanın qurucularından biri olan Arif  Alvinin adını açıqladı.
 
 Alvinin namizədliyi üçün 27 avqustda müraciət ediləcək. Prezident seçkiləri məclisin alt və üst palatası ilə 4 əyalət məclisində eyni vaxtda keçiriləcək.
 
 Yeni seçiləcək prezident sentyabrın 9-da vəzifə müddəti sona çatacaq Məmnun Hüseyndən sonra vəzifəsinə başlayacaq.

Әlaqәli Xәbәrlәr