Merkel: "İdlib və ətrafında humanitar fəlakətə yol verməməliyik"

Almaniya kansleri Angela Merkel Suriyada müsbət dəyişikliklərin baş verdiyini və hazırda ölkədə humanitar fəlakətin qarşısını almağın vacibliyindən danışdı.

1034974
Merkel: "İdlib və ətrafında humanitar fəlakətə yol verməməliyik"

Suriyada müsbət dəyişikliklər baş verir və hazırda ölkədə humanitar fəlakətin qarşısını almaq vacibdir.

Bunu Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putin ilə görüşündən əvvəl bildirdi.

Merkel Rusiya prezidenti ilə müzakirə olunacaq məsələləri açıqlarkən bunları söylədi: "Mühüm mövzulardan biri əlbəttə ki, Suriya olacaq. İlkin məsələ bu ölkə ətrafında və daxilində humanitar fəlakətə yol verməməkdir. Biz hərbi əməliyyatların azaldığını müşahidə edirik, amma bu, hələ o demək deyil ki, bu ölkədə sülh vəziyyəti yaranıb".



Әlaqәli Xәbәrlәr