Keralanı sel apardı

Hindistanın Kerala əyalətində şiddətli yağışların yol açdığı sellərdə ölənlərin sayı 30-a yaxınlaşıb.

1030561
Keralanı sel apardı

    Hindistan mətbuatında yer alan xəbərlərə görə, həddindən artıq yağışlar bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub, nəticədə 29 adam ölüb, təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.

  Hindistan Meteorologiya İdarəsi avqustun 7-dən bu yana yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində bir neçə gün müddətinə fövqəladə vəziyyət elan edildiyini bildirib.

  Ölkənin Turizm Nazirliyinin verdiyi açıqlamada isə Munnar bölgəsindəki bir tətil qəsəbəsində hədsiz yağışlar və torpaq sürüşmələrilə əlaqədar 24-ü xarici olan 50-dən çox turistin xilas edildiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr