Melania Trampın valideynləri ABŞ vətəndaşı oldular

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xanımı Melania Trampın ana və atası ABŞ vətəndaşı oldu.

1029485
Melania Trampın valideynləri ABŞ vətəndaşı oldular

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xanımı Melania Trampın ana və atası ABŞ vətəndaşı oldu.

Melanianın valideynləri - Viktor və Amaliya Knavc Nyu-Yorkda keçirilən vətəndaşlıq mərasimində and içərək Amerikan vətəndaşlığına keçdilər.

Donald Trampdan 2 yaş böyük olan 74 yaşındakı Viktorun ABŞ-ə getməzdən əvvəl Sloveniyada avtoqalereyada, Amaliyanın da tekstil fabrikində işlədiyi bildirildi.

Hazırda təqaüddə olan Knavs cütlüyü ABŞ-da "yaşıl kart" olaraq adlandırılan daimi yaşayış icazəsi ilə yaşayırdılar.

Cütlüyün yaşayış icazəsini qızları Melania Trampın üzərindən alıb-almadıqları barədə məlumat verilmir.

 

 

 



Әlaqәli Xәbәrlәr