ABŞ-da keçirilǝcǝk seçkilǝrdǝ müsǝlman namizǝdlǝrin sayında rekord artım

ABŞ-da noyabr ayında keçiriləcək yerli seçkilǝrdǝ müsəlman namizədlǝrin sayında rekort artım qeydǝ alınıb.

1027918
ABŞ-da keçirilǝcǝk seçkilǝrdǝ müsǝlman namizǝdlǝrin sayında rekord artım

Əl-Cəzirə veriliş orqanı bildirib ki, ABŞ-da Demokrat partiya mǝnsubu 90-dan çox müsəlman yerli seçkilər üçün namizədliklǝrini elan ediblǝr. Bunun 2001-ci ilin sentyabr ayının 11-dəki terror hücumlarından sonra ǝn yüksǝk sayı olduğu bildirilir.

Analitiklər seçkilǝrdǝ namizǝd olduqlarını elan edǝn müsǝlmanların sayındakı artıma, Trampın immiqrant əleyhdarı ifadələrini sǝbǝb kimi göstǝrirlǝr. Müsəlmanların bu səbəblə özlərini həm yerli, həm də milli səviyyədə təmsil etmək üçün siyasətə daxil olmaqda sǝy etdiklǝrini qeyd edirlǝr.

Seçkilərdǝ, Michigan ǝyalǝti namizǝdliyini elan edǝn 33 yaşlı Abdul Əl Sayed, bu gün edilǝcǝk tǝsnifatda seçilmǝsi halında ölkənin ilk müsəlman qubernatoru olmağa daha bir addım yaxınlaşmış olacaq.

Arizona ştatından Senat namizədi olan vəkil və insan hüquqları müdafiəçisi   Deedra Abboud və Washington DC-den yerli komissiyalar uğrunda mübarizə  edən  Amr Kotbun da  qələbə  qazanacaqları  güclü  ehtimaldır.  



Әlaqәli Xәbәrlәr