"Mercedes" İranda fəaliyyətilə bağlı açıqlama verdi

“Mercedes”in əsas şirkəti, dünyanın ən böyük lüks və ağır maşınlar  istehsalçısı “Daimler” bildirib...

1027628
"Mercedes" İranda fəaliyyətilə bağlı açıqlama verdi

  Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniyanın “Mercedes” şirkəti Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyalarıyla əlaqədar İranla olan bütün fəaliyyətlərini ikinci təlimata qədər tamamilə dayandırdığını açıqlayıb.

  “Mercedes”in əsas şirkəti, dünyanın ən böyük lüks və ağır maşınlar  istehsalçısı “Daimler” bildirib: “İranda fəaliyyəti az olsa da, yerli şirkətlərlə tərəfdaşlıqla əlaqədar “Mercedes” yük maşınları satışını dayandırdı”.

  Fransa informasiya agentliyi AFP-də yazılana görə, "Mercedes”in İranda onsuz da məhdud olan fəaliyyətləri tətbiq edilən sanksiyalara görə təxirə salındı. "Daimler” nüvə müqavilənin gələcəyilə bağlı siyasi prosesləri yaxından izləyir”.


Etiketlәr: #"Mercedes" İran

Әlaqәli Xәbәrlәr