Tramp ilə həyat yoldaşı arasında gərginlik

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə həyat yoldaşı Melenia Tramp arasında LeBron James gərginliyi yaşandı.

1026752
Tramp ilə həyat yoldaşı arasında gərginlik

 ABŞ-ın birinci xanımı Melania Tramp həyat yoldaşı Donald Trampın məşhur basketbolcu LeBron James ilə bağlı təhqiredici tweetindən bir neçə saat sonra məşhur basketbolcunu tərifləyən tweet atdı.
 
James CNN kanalına verdiyi müsahibədə prezident Trampın qütbləşdirici siyasət yürütdüyünü  və irqçiliyi cəsarətləndirdiyini bildirmişdi.

Donald Tramp bu çıxışa qarşılıq olaraq Twitter-də məşhur basketbolcunun ağlını mühakimə edən ifadələr işlətdi. CNN adından müsahibə aparan şəxsin də televiziyadakı ən axmaq adam olduğunu deyən prezident: " LeBronu belə ağıllı göstərdi ki, bunu etmək asan deyil" deyə yazdı.
 
 Bu açıqlamadan bir neçə saat sonra isə, Trampın xanımı Melania sözçüsü vasitəsilə Jamesın Ohayoda bir məktəblə bağlı işləri barəsində :"Yaxşı işlər görmək üçün çalışır" dedi.
 
 CNN-ə açıqlama verən sözçü Melania Trampın həmin məktəbə gedə biləcəyini də söylədi.
 
 Məşhur basketbolcu CNN-ə müsahibəsində idmanın ona fərqli irqlərdən insanlarla bir araya gəlmə imkanı qazandırdığını qeyd edərək:  "İdman heç bir zaman insanları bölən bir şey olmayıb. Əksinə, hər zaman insanları bir araya gətirir. O (Tramp) bizi bölür və son bir neçə aydır ki, idmandan da insanları ayırmaq üçün istifadə etdiyini görürəm. Bunu qəbul etməm mümkün deyil. Çünki mən ağdərili ilə ilk dəfə idman edərkən bir araya gəldim" demişdi.
 
James müsahibədə Trampın yürütdüyü siyasətin irqçiləri cəsarətləndirdiyini də  bildirərək: " İrqçilik hər zaman burada olub. Amma bu prezident sayəsində insanlar artıq gizlənmə ehtiyacı hiss etmirlər. Bunu birbaşa üzünüzə söyləyirlər" deyə bildirmişdi.
 

 
 



Әlaqәli Xәbәrlәr