Hindistanda kütlevi intihar

Hindistanın şǝrqindǝ yerlǝşǝn Jharkhand ǝlayǝtinin Rançi şǝhǝrindǝ dolanmaqda çətinlik çəkən 7 nəfərlik ailənin bütün üzvləri intihar edib.

1023335
Hindistanda kütlevi intihar

Mǝlumata görǝ ailə fərdləri evin tavanından özlərini asaraq kütləvi intihar ediblər.

Hadisə ölkənin şərqindəki Rançi şəhərində baş verib. İntihar edənlərdən ikisi azyaşlı uşaqdır. Ən yaşlı ailə üzvü isə 75 yaşlı Naranyadır. Polisin mǝlumatına görǝ , ailə intihardan əvvəl 15 səhifəlik məktub yazıb.

Məktubda ailənin maddi problemlǝr yaşadığı, iki böyük qardaşın digərlərinin intiharına kömək etdiyi məlum olub.

Polis hadisǝ ilǝ bağlı istintaq başladıb.

 



Әlaqәli Xәbәrlәr