Trumpla Putinin ikinci görüşü 20019-cu ilə qaldı

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con (John) Boltonun Donald Trumpın rusiyalı həmkarı Vladimir Putinlə 2019-cu ildən əvvəl görüşməyəcəyinə dair yazılı açıqlamasında deyilir...

1019651
Trumpla Putinin ikinci görüşü 20019-cu ilə qaldı

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla Rusiya prezidenti Vladimir Putinin ikinci görüşü gələn ilə qaldı.

  Ağ Evin Milli Təhlükəsizlik müşaviri Con (John) Boltonun Donald Trumpın rusiyalı həmkarı Vladimir Putinlə 2019-cu ildən əvvəl görüşməyəcəyinə dair yazılı açıqlamasında deyilir: “İki liderin görüşü Rusiyaya qarşı yürüdülən "cadugər ovundan sonra" olmalıdır. Bununla bağlı görüşün gələn il olmasına dair fikir birliyinə vardıq".

  Xatırladaq ki, D.Tramp 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə V.Putinlə keçirdiyi görüşdən sonra müşaviri C.Bolton Rusiya prezidentini payızda ABŞ-a dəvət edəcəklərini demiş, bu, ABŞ-da, xüsusən, Demokratlar Partiyası və konqres tərəfindən sərt reaksiyayla qarşılanmışdı.



Әlaqәli Xәbәrlәr