Almaniya Koreya yarımadasındakı sülh prosesini dəstəkləyəcək

Almaniya Xarici İşlər naziri Heiko Maas Koreya yarımadasındakı sülh prosesini dəstəkləyəcəklərini bildirdi.

1020036
Almaniya Koreya yarımadasındakı sülh prosesini dəstəkləyəcək

Almaniya Xarici İşlər naziri Heiko Maas Koreya yarımadasındakı sülh prosesini dəstəkləyəcəklərini bildirdi.

Yonhap agentliyinin yaydığı xəbərə görə, Asiyaya səfəri çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda olan Almaniya Xarici İşlər naziri həmkarı Kang Kyung-wha ilə görüşüb.

Maas görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında Şimali Koreyaya nüvə silahlarının ləğv edilməsi mövzusunda konkret addımlar atması üçün çağırış edib, Almaniyanın "çətin və qarışıq" ola biləcək silasızlanma prosesinə dəstək olacağını ifadə edib.

Cənubi Koreya Birləşmə naziri Cho Myoung-gyon ilə də görüşən Maas: "Alman xalqı Koreya yarımadasındakı bölünməyi gördüyündə birləşmədən əvvəlki günlərini xatırlayır" dedyib.

 



Әlaqәli Xәbәrlәr