Tramp Putini Vaşinqtona dəvət etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putini payızda Vaşinqtona səfər etməyə dəvət etdi.

1015814
Tramp Putini Vaşinqtona dəvət etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putini payızda Vaşinqtona səfər etməyə dəvət etdi.
 
 Ağ Evin sözçüsü Sarah Sanders məsələyə dair açıqlamanı sosial media vasitəsilə verdi.
 
 Sanders bunları bildirdi: "Bazar ertəsi günü, Finlandiyanın paytaxtı Helsinkidə Rusiya lideri Vladimir Putin ilə keçirilən görüşdə Tramp iki ölkənin təhlükəsizlik şuraları tərəfindən dialoqun davam etdirilməsini qəbul etdi. Prezident Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltona prezident Putini payızda Vaşinqtona dəvət etməyi tapşırdı.  Bu mövzuda danışıqlar davam edir"



Әlaqәli Xәbәrlәr