İki hegemon ölkənin başçısı bir araya gəldi

Prezident Sarayında bir araya gələn iki lider Moskva-Vaşinqton münasibətlərini soyuq müharibənin astanasına gətirən problemləri ilk dəfə üz-üzə bütün aspektlərilə müzakirə edib.

1013474
İki hegemon ölkənin başçısı bir araya gəldi

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin uzun müddətdir gözlənilən görüş üçün Finlandiyanın paytaxtında bir araya gəldi.

  Prezident Sarayında bir araya gələn iki lider Moskva-Vaşinqton münasibətlərini soyuq müharibənin astanasına gətirən problemləri ilk dəfə üz-üzə bütün aspektlərilə müzakirə edib.

  D.Tramp görüş haqqında: "Yaxşı şeylər olacaq, pis şeylər deyil", - deyib.

  Tarixi zirvə görüşünün gündəliyində çox mövzu var: iki ölkə arasında qarşılıqlı gərginləşən münasibətlər, iqtisadi embarqolar, Suriya məsələsi, ABŞ-dakı prezident seçkisinə Rusiyanın müdaxilə etdiyi iddiaları və s.



Әlaqәli Xәbәrlәr