Mahmud Abbas: ''Әrәb ölkәlәrinin liderlәri dә  "Əsrin Müqaviləsi"nə qarşıdır''

Bu barәdә Mahmud Abbas Fәth hәrәkatının Ramalahda keçirilәn mәrkәzi komitә iclasındakı çıxışında deyib.

1008728
Mahmud Abbas: ''Әrәb ölkәlәrinin liderlәri dә  "Əsrin Müqaviləsi"nə qarşıdır''

Fələstin  Dövlət başçısı Mahmud Abbas Әrәb ölkәlәrinin liderlәrinin dә  Amerika Birləşmiş Ştatlarının İsrail ilə Fələstin arasındakı sülh müzakirələrinin yenidən başlaması  üçün hazırladığı  "Əsrin Müqaviləsi" adlı plana  qarşı olduğunu deyib.

Bu barәdә Mahmud Abbas Fәth hәrәkatının Ramalahda keçirilәn mәrkәzi komitә iclasındakı çıxışında deyib.

"Әrәb  qardaşlarımız bu müqaviləyә qarşı olduqlarını deyib" bildirәn Abbas  Avropa, Asiya və Afrikadakı bəzi ölkələrin də müqavilənin qəbul edilməsinin mümkün olmadığını ifadə etməyə başladıqlarını dilə gətirib.

Mahmud Abbas çıxışı zamanı Fәlәstin razılaşma hökumәtinin Qәzza zolağında işlәyә bilmәsi ilә әlaqәdar  bir daha  Hәmasa çağırış edib.  

Fələstin rəhbərliyinin  məhbuslar ilə şəhid ailələrinə ayrılan vəsaiti verməyə davam etdiyini bildirən Abbas  İsrail məclisinin vəsaitin kəsilməsini nəzərdə tutan qanun layihәsinә  işarə edərək deyib: ‘‘Gözlәyirik.  Maraqlarımıza uyğun addım atacağıq. Bu mәsәlәyә heç kimin qarışmasına icazә vermәyәcәyik’’.

İddialara görә, ‘‘Әsrin Müqavilәsi’’ adlı plan  işğal altındakı Şәrqi Qüdsün İsrailә verilmәsini vә  yәhudilәrin İordan çayının qәrb sahillәrindә qeyri-qanuni yollarla inşa etdiyi binalarının  böyük hissәsinin mövcudluğunun müdafiә edilmәsi kimi şәrtlәri ehtiva edir.  



Әlaqәli Xәbәrlәr