"Tramp, xoş gəlmədin"

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa gələn həftə keçiriləcək NATO zirvəsi üçün gedəcəyi Belçikanın paytaxtı Brüsseldə minlərlə insan tərəfindən etiraz edilib.

1008117
"Tramp, xoş gəlmədin"

  Belçikadakı müxtəlif qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqlarının çağırışı ilə minlərlə adam Şimal Qatarı vağzalı önündə görüşüb, "Tramp, xoş gəlmədin", "Trampı dayandırın", "İqlim dəyişikliyi yalan deyil" və "Əllərini haqlarımdan çək" kimi yazılı plakatlar açıblar.

  Etiraz aksiyasında Fələstini dəstəkləyən şüarlar da atılıb.

  Nümayişçilər Yaxın Şərqdəki gərginliyi daha da artıran Trampın xarici siyasətini tənqid edib.

  Aksiya insidentsiz şəkildə başa çatıb.

  Qeyd edək ki, NATO Sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək.



Әlaqәli Xәbәrlәr