Duterte yenə xristian dininə söz atdı

“ABC New”un xəbərinə görə...

1008169
Duterte yenə xristian dininə söz atdı

  Filippin dövlət başçısı Rodriqo Dutertenin xristianlıq inancının təməl bəzi doktrinalarını mühakimə edən şərhləri ölkədə mübahisələrə səbəb olub.

  “ABC New”un xəbərinə görə, 73 yaşlı R.Duterte Davaoda keçirilən elm və texnologiya tədbirinin açılışında etdiyi çıxışında sadəcə xaçla təmizlənilməsi inanılan ilk günahın məntiqini mühakimə edərək deyib: “Kimsə Allahı gördüyünü və onunla danışdığını sübut edərsə, dərhal istefamı verərəm”.

  Xatrıladaq ki, Rodriqo Duterte keçən həftə də etdiyi bir çıxışında Allahı təhqir edən sözlər işlətmişdi.

 Filippin dövlət başçısının şərhləri əhalisinin böyük hissəsi roman-katolik olan ölkədə mübahisələrə səbəb olub. Müxalifət, xristian din alimləri və bəzi siyasi müttəfiqlər Dutertenin sözlərini etirazla qarşılayıb.

 



Әlaqәli Xәbәrlәr