İsraillilər Trampın “Yaxın Şərq sülh planı”na şübhə ilə yanaşır

İsrail Demokratiya İnstitutu və Təl-Əviv Universitetinin apardığı sorğuya görə...

1004324
İsraillilər Trampın “Yaxın Şərq sülh planı”na şübhə ilə yanaşır

  İsrail Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəhbərliyinin açıqlaması gözlənilən “Yaxın Şərq sülh planı”na şübhə ilə yanaşır.

 İsrail Demokratiya İnstitutu və Təl-Əviv Universitetinin apardığı sorğu israillilərin təxminən dörddə üçünün Donald Tramp rəhbərliyinin “Yaxın Şərq sülh planı”na inanmadığını ortaya qoyub. İsraillilərin 77 faizi Trampın İsraillə bağlı öz maraqlarını seçdiyi, 60 faizdən çoxu Fələstinə əhəmiyyət vermədiyi fikrini göstərib. Sorğuda iştirak edənlərin yarıdan çoxunun Fələstinlə sülh danışıqlarını dəstəklədiyi, beşdə birinin prosesin barışla nəticələnəcəyinə inandığı da qeyd olunub.

  Qeyd edək ki, rəsmi Vaşinqtonun “Yaxın Şərq sülhü üçün plan” açıqlaması gözlənilir. Fələstinlilər planın İsrailin tərəfinə olacağını düşünür.



Әlaqәli Xәbәrlәr