Aralıq dənizindən Avropaya qaçanların çoxu afrikalıdır

Liviyanın qərb sahillərində qanunsuz gələn 270 köçkün qurtarıldı.

1003391
Aralıq dənizindən Avropaya qaçanların çoxu afrikalıdır

  Liviyanın Milli Razılaşma Hökumətinə bağlı Dəniz Qüvvələrinin sözçüsü general-mayor Əyyub Kasımın verdiyi yazılı məlumatda bildirib: “Sahil təhlükəsizlik qüvvələri aralarında 11 uşaq və 80 qadının olduğu 270 qaçqını xilas edib. Eritreya, Cənubi Sudan, Misir, Qəmər (Komor) adaları və Banqladeş əsilli qaçqınlara lazımi kömək edildikdən aonra Qeyri-Qanuni Mühacirətlə Mübarizə İdarəsinə təslim edilib.

  Xatırladaq ki, paytaxt Tripolinin sahillərində 29 iyunda qaçqınları daşıyan gəminin batması nəticəsində 3 adam ölmüş, 16-sı xilas edilmiş, 100-dən çox adam isə itkin düşmüşdü.

  Yerli və beynəlxalq rəsmi mənbələrə görə, Liviyada 24 ölkədən miqrant var. Bunların 95 faizini Aralıq dənizi üzərindən Avropaya çatmağa çalışan afrikalılar təşkil edir.



Әlaqәli Xәbәrlәr