Avropa ticarət münaqişələrilə bağlı ABŞ-la danışıqlar

Avropa İttifaqı Komissiyasının sədri Yan Klod Yunker baş verməkdə olan kommersiya gərginliklərilə bağlı müzakirələr üçün 21-22 iyul tarixlərində Vaşinqtonda danışıqlar aparacaq.

1002815
Avropa ticarət münaqişələrilə bağlı ABŞ-la danışıqlar

  28 üzv ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Sammitindən sonra jurnalistlərə açıqlama verən Y.K.Yunker deyib: “ABŞ prezidenti Donald Trampın dəvətilə ticarət münaqişələrilə əlaqədar iyulun 21-22-də Vaşinqtonda görüşlər keçirəcəyik. Birtərəfli yanaşma yanlışdır. Avropa azad, ədalətli və qaydalara əsaslanan ticarətə dəstək verir. Avropa İttifaqı üzvü olan 28 ölkə adından kommersiya danışıqları aparmaq üçün komissiyasının səlahiyyəti var. İttifaq olaraq birlikdə və eyni fikirdəyik. ABŞ-la aramızda müqavilə olacaqmı, bilmirəm, amma bunu sınayacağıq".  



Әlaqәli Xәbәrlәr