Koalisiya qüvvәlәrinin sәhvәn endirdiyi zәrbәlәr nәticәsindә dinc sakinlәr hәlak oldu

Bu barәdә hәrbi mәnbәlәrdәn verilәn mәlumatda bildirilib.

1000848
Koalisiya qüvvәlәrinin  sәhvәn endirdiyi zәrbәlәr nәticәsindә dinc sakinlәr hәlak oldu

Yәmәndә Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki  koalisiya qüvvәlәri sәhvәn Hudeyde şәhәrinә zәrbәlәr endirib. Hücum nәticәsindә 9 dinc sakin  hәlak olub, 11 nәfәr dә yaralanıb.

Bu barәdә hәrbi mәnbәlәrdәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, koalisiya qüvvәlәrinә mәxsus tәyyarәlәr qaçqın daşıyan avtomobilә sәhvәn zәrbәlәr endirib.

Mәlumatda hücumun husilәrә aid nәzarәt mәntәqәsinә endirilәcәyi bildirilib.

Qeyd edәk ki, koalisiya qüvvәlәri hücumla bağlı açıqlama vermәyib.

Yәmәn hökumәtinә sadiq qüvvәlәr Hudeyde şәhәri vә limanını nәzarәtinә keçirmәk üçün iyunun 13-dә әmәliyyata başlamışdı.

Bu çәrçivәdә әmәliyyatlarını davam etdirәn hökumәt qüvvәlәri iyunun 19-da Hudeyde Beynәlxalq Hava Limanını nәzarәtinә keçirmişdi.



Әlaqәli Xәbәrlәr