Makedoniya prezidenti Yunanıstanla ad məsələsi ilə bağlı olan razılaşmanı imzalamadı

Makedoniya prezidenti George İvanov Yunanıstan ilə Makedoniya arasındakı ad probleminin həllinə dair razılaşmanı imzalamayacağını açıqladı.

1000158
Makedoniya prezidenti Yunanıstanla ad məsələsi ilə bağlı olan razılaşmanı imzalamadı

Makedoniyanın Prezident Aparatından verilən məlumatda, ölkə prezidenti George İvanovun Makedoniyanın adının "Şimali Makedoniya Respublikası" olaraq dəyişdirilməsini nəzərdə tutan və Makedoniya parlamentində 20 iyunda təsdiq olunan razılaşmanı imzalamayacağını bildirdi.

İvanov prezident olaraq vəzifəsini Makedoniya Kostitusiyası, qanunlar və ölkənin mənfəətləri istiqamətində yerinə yetirdiyini vurğulayıb və belə deyib: "Bu üzdən Yunanıstan ilə Makedoniya arasındakı ad məsələsi ilə bağlı razılaşmanı imzalamamağa qərar verdim".

Qeyd edək ki, Makedoniya parlamenti Yunanıstan ilə uzun illər yaşanan ad probleminin həlli ilə bağlı iyunun 17-də imzalanan və ölkənin adının "Şimali Makedoniya Respublikası" olaraq dəyişdirilməsini nəzərdə tutan razlaşmanı iyunun 20-də təsdiq etmişdi. 

 

 



Әlaqәli Xәbәrlәr