Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi telekanalı 'Əl İhbariyyə'' məlumat yayıb.

999239
Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi telekanalı 'Əl İhbariyyə'' məlumat yayıb.

Məlumata görə, raket paytaxt Ər-Riyad yaxınlığında vurulub.

Məlumatda  raketin  Yəməndəki üsyançı husilər tərəfindən atıldığı bildirilib. Zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, üsyançı husilərə məxsus ''Əl-Mesira'' televiziya kanalı isə raketlərin müəyyən edilən hədəfləri vurduğunu iddia edib.

Səudiyyə Ərəbistanının  rəhbərliyi altında olan  ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.



Әlaqәli Xәbәrlәr