İsrail fələstinli qrupa raketlə hücum edib

İsrailə məxsus döyüş təyyarəsi Qəzzanın şərqindəki sərhəd bölgəsində “yanan çərpələnglər”  daşıdığı iddia edilən daha fələstinli qrupa raketlə hücum edib.

996548
İsrail fələstinli qrupa raketlə hücum edib

İsrailə məxsus döyüş təyyarəsi Qəzzanın şərqindəki sərhəd bölgəsində “yanan çərpələnglər”  daşıdığı iddia edilən daha fələstinli qrupa raketlə hücum edib.

İsrail ordusunun sözçüsü Avichay Adrae mövzuyla əlaqəli özünün “twitter” səhifəsində yazıb ki, İsrailə məxsus döyüş təyyarəsi, yanan balonlar və çərpələnglər uçuran qrupa qarşı xəbərdarlıq məqsədli atəş etdi.

Yerli mənbələrdən əldə edilən məluma görə, İsrailin etdiyi raket hücumunda tələfat olmayıb.

Adrae daha əvvəl verdiyi açıqlamada da bildirib ki, Qəzza zolağında baş verən bütün hadisələrdə Həmas məsuliyyət daşıyır. İsrail dövləti vətəndaşlarına qarşı edilən terror hücumlarına lazımlı cavab veriləcəkdir.

Qeyd edək ki, İsrail dünən günorta saatlarında da Qəzzada “yanan çərpələnglər” daşıdığı iddiası ilə bir qrup fələstinliyə raketlə hücum etmişdi. Dünən səhər radələrində isə Qəzza zolağında Həmas-a məxsus 25 hədəfə hücum edib.

Fələstinli mülki vətəndaşlara qarşı qeyri-bərabər gücdən istifadə etdiyi üçün çox sıx tənqid edilən İsrail ordusunun fələstinlilərin çərpələnglərinə qarşı döyüş təyyarəsi göndərməsi bir daha bu tənqidləri gündəmə gətirdi.



Әlaqәli Xәbәrlәr