Tramp: Sərbəst ticarət qarşılıqlı deyilsə axmaq ticarətdir

G7 liderlər sammiti ABŞ prezidenti D.Trampın vergi qərarı ilə eynilə ticarət müharibəsinin səhnəsinə çevrildi. Tramp isə qərarına reaksiya göstərən ölkələri tənqid etməkdə davam edir.

989867

Şimali Koreya lideri Kim Çen Inla keçirəcəyi yığıncaq üçün Sinqapura gedən Tramp özünün “twitter” hesabında Kanadanın Baş naziri Castin Trüdonu (Justin Trudeau) hədəf götürərək Kanadanın ölkəsilə ticarətindən mənfəət əldə etdiyini xatırladıb və Trudonu dürüst olmamaqda günahlandırıb.

Tramp vergi qərarına reaksiya göstərən digər qərbli ölkələri də tənqid edib.

“Onları qorumaq üçün NATO-nun sərf etdiyi xərclərin təqribən hamısını biz ödəyirik. Bu ölkələr isə çox az ödəyir və ticarətdə bizim üzərimizdən mənfəət əldə etməyə cəhd göstərirlər”-deyə Tramp qeyd edib.

Digər tərəfdən Almaniya kansleri Angela Merkel də ABŞ-a qarşı həmləyə hazırlaşır.

Merkel gömrük vergiləri ilə alman avtomobilləri hədəf götürüləcəyi təqdirdə ciddi tədbirlər görücəklərini söyləyib.

Әlaqәli Xәbәrlәr