Donald Tramp -Kim Çen In görüşü üçün çəkilən xərc açıqlanıb

12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək zirvə görüşü üçün çəkilən xərc açıqlanıb.

989930
Donald Tramp -Kim Çen In görüşü üçün çəkilən xərc açıqlanıb

Strait Times qəzetinin xəbərinə görə, Sinqapur Baş naziri Li Hsiyen Lunq görüşün 20 milyon dollara başa gələcəyini açıqlayıb.

Sülhü təmin etmək üçün belə bir zirvənin xərcini qarşılamağa hazır olduqlarını söyləyən baş nazir deyib ki, bu görüş Sinqapurun imicinə də müsbət təsir edəcək.

“Bu görüşə ev sahibi olaraq seçilməyimiz, ölkəmizin beynəlxalq arenada gördüyü hörmətin təzahürüdür. Həmçinin ev sahibi olmağı biz deyil, onlar bizə təklif etdilər”.

Qeyd edək ki, iki lider 12 İyunda Sinqapurda bir araya gələcək.

Nüvə silahsızlanma və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı görüş, 1950-53-cü illərdə baş verən Koreya müharibəsindən bəri davam edən atəşkəsin daimi sülhə çevrilməsi istiqamətində atılan əhəmiyyətli addım olacağı proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr