Trampdan  Kanadanın Baş nazirinə reaksiya

ABŞ prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdonun (Justin Trudeau) ABŞ-ın polad və alüminiuma gömrük vergisi tətbiqini tənqid etməsindən sonra G-7 Liderlər Sammitinin Yekun Bəyannaməsini imzalamayacağını açıqladı.

989443
Trampdan  Kanadanın Baş nazirinə reaksiya

 ABŞ prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdonun (Justin Trudeau) ABŞ-ın polad və alüminiuma gömrük vergisi tətbiq etməsini tənqid etməsindən sonra G-7 Liderlər Sammitinin Yekun Bəyannaməsini imzalamayacağını açıqladı.

 Twitter hesabı vasitəsilə Trüdonun açıqlamalarını sərt  dillə tənqid edən Donald Tramp:"Baş nazir Castin Trüdo mən getdikdən sonra mətbuat konfransı keçirib. ABŞ-ın qoyduğu gömrük vergiləri təhqir olunana qədər G-7 görüşlərimizdə çox mehriban və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəifdir" yazdı.
 
 ABŞ-ın yeni gömrük vergilərinin Kanadanın amerikan süd məhsullarına tətbiq etdiyi 270 faizlik gömrük vergisinə cavab olduğunu bildirən Tramp: "Castinin mətbuat konfransındakı səhv açıqlamalarına və Kanadanın amerikan fermer, fəhlə və şirkətlərinə tətbiq etdiyi böyük gömrük vergilərinə görə ABŞ nümayəndələrinə G-7 Yekun Bəyannaməsini təsdiq etməmələri barəsində təlimat verdim, bəyannaməni imzalamayacağam" ifadələrini işlətdi.
 
 Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo G-7 Sammitinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib və konfransda Trampı ciddi şəkildə tənqid edib.
 
Trüdo kanadalıların I Dünya Müharibəsindən bu yana amerikan əsgərləri ilə çiyin-çiyinə vuruşduqlarını xatırladıb, ABŞ-ın Kanadadan idxal ediləcək polad və alüminiuma gömrük vergisini Kanada xalqına təhqir kimi səciyyələndirib.



Әlaqәli Xәbәrlәr