İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 4 fәlәstinli dә şәhid oldu

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin mәtbuat katibi Әşrәf әl-Kudra mәlumat verib.

989045
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 4 fәlәstinli dә şәhid oldu

İsrail әsgәrlәrinin Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә biri uşaq olmaqla 4 fәlәstinli şәhid olub, 618-i dә yaralanıb.

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyinin mәtbuat katibi Әşrәf әl-Kudra mәlumat verib.

Aksiya zamanı 9-u ağır, 117-i dә hәqiqi güllә ilә olmaqla 618 nәfәrin yaralandığını  bildirәn әl-Kudra bunlardan 48-nin uşaq, 20-nin qadın, 5-nin isә  jurnalist olduğunu deyib.

Xatırladaq ki, Qəzza zolağında  çadırlar quran fələstinlilər İsrailin quruluş ildönümü olan Nekbenin (Böyük Fəlakət) 51-ci ilinə etiraz etmək üçün "milyonluq yürüş" adını verdikləri mitinqlər keçirir.



Әlaqәli Xәbәrlәr