Mərakeş tarixində ilk dəfə bir kral qarşısında istefa tələbi

Mərakeş tarixində ilk dəfə bir kral qarşısında nazirin istefası tələb olundu.

988740
Mərakeş tarixində ilk dəfə bir kral qarşısında istefa tələbi

  Kral VI Məhəmmədin qarşısında keçirilən etiraz aksiyasında Kənd Təsərrüfatı, Balıqçılıq, Çöl, Su və Meşə naziri Əziz Ahnuşun istefası tələb edildi.

  Sosial mediadan yayımlanan görüntülərdə xalqı salamlayan Mərakeş Kralının huzurunda Kənd Təsərrüfatı, Balıqçılıq, Çöl, Su və Meşə naziri Əziz Ahnuşun istefasını istəyən onlarla nümayişçi nazirin əleyhinə şüarlar atıb.

  Kral VI Məhəmmədin ölkənin şimalında yerləşən Tanca şəhərindən paytaxt Rabata dönərkən yol üstündə keçirilən etiraz aksiyasında "Tək kralımız VI Məhəmməd, Ahnuşa istefa" plakatı açılıb.

  Mərakeş kralı xalqı salamlayıb oradan uzaqlaşsa da, ilk dəfə ölkədə belə bir aksiya həyata keçirildiyi diqqəti çəkib.

  Qeyd edək ki, Mərakeşdə 20 apreldən bu yana Kənd Təsərrüfatı, Balıqçılıq, Çöl, Su və Meşə naziri Əziz Ahnuşa məxsus yanacaqdoldurma şirkəti "Afriquia", keçmiş Mərakeş İşəgötürənlər Federasiyasının rəhbəri Məryəm bin Salehin və ölkənin ən məşhur su markalarından olan "Sidi Ali" və Fransa qeydiyyatlı "Santral Danone" şirkətlərinin malları boykot edilir. Bu firmalara aid məhsullar normal qiymətlərdən artıq satıldığı üçün aprel ayından bəzi fəallar tərəfindən sosial media üzərindən edilən çağırışlarla başlanılan boykot hərəkatı ölkə miqyasında davam edir.



Әlaqәli Xәbәrlәr