Yeni beynəlxalq təşkilatlara qoşulmaq üçün 7 müqavilə və saziş imzalandı

Fələstinin dövlət başçısı Mahmud Abbas ölkəsinin yeni beynəlxalq təşkilatlara qoşulması üçün 7 müqavilə və saziş imzaladı.

987766
Yeni beynəlxalq təşkilatlara qoşulmaq üçün 7 müqavilə və saziş imzalandı

  Fələstin rəsmi xəbər agentliyi “Wafa”-da yer alan xəbərə görə, M.Abbas beynəlxalq təşkilatlarda iştirak etmək üçün ölüm hökmünün də aradan qaldırılmasına dair protokolun olduğu yeni 7 müqavilə və sazişə imza atıb. Xəbərdə sözügedən müqavilələrin detallarına aid məlumat verilməyib.

  Qeyd edək ki, dövlət başçısı Mahmud Abbas də Fələstinin beynəlxalq təşkilatlara qoşulması üçün 22 müqavilə və saziş imzalamışdı. 2012-ci ildə BMT-dəki "üzv olmayan müşahidəçi dövlət" statusu qaldırıldıqdan sonra Fələstin bir-birinin ardınca onlarca beynəlxalq təşkilata qoşulub.



Әlaqәli Xәbәrlәr