İsrail əsgərləri bir fələstinlini vuraraq şəhid etdi

İsrail əsgərləri Qəzza Zolağının cənubunda sərhədi keçməyə cəhd göstərdiyi iddia edilən bir fələstinlini vuraraq şəhid edib.

985416
İsrail əsgərləri bir fələstinlini vuraraq şəhid etdi

İsrail əsgərləri Qəzza Zolağının cənubunda sərhədi keçməyə cəhd göstərdiyi iddia edilən bir fələstinlini vuraraq şəhid edib. 

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, İsrail əsgərləri Xan Yunisin Huzaa rayonunun şərq sərhədi yaxınlığında sərhədi keçməyə cəhd göstərdikləri iddia edilən bir qruq fələstinli gəncə atəş edib. Hücum nəticəsində bir fələstinli gənc şəhid olub. 

Digər tərəfdən İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini saxlayıb.

Fələstinli Əsirlər Cəmiyyəti İsrail əsgərlərinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 13 fələstinlini saxladığını bildirib.

Açıqlamada saxlanılanlar arasında 60 yaşında sabiq siyasi məhkumlardan birinin də olduğu qeyd edilib.

İsrail qüvvələri İordan çayının qərb sahilində dünən gecə də Fələstinli dörd gənci saxlamışdı.



Әlaqәli Xәbәrlәr