ABŞ Fələstin xalqıyla bağlı BMT layihəsinə veto qoydu

BMT TŞ-nın müvəqqəti üzvlərindən olan Küveytin şura gündəminə gətirdiyi, təxminən iki həftədir üzərində danışıqların aparıldığı, səsverməsi təxirə salınan layihə yenidən səsverməyə təqdim olundu.

984230
ABŞ Fələstin xalqıyla bağlı BMT layihəsinə veto qoydu

  Amerika Birləşmiş Ştatları Fələstin xalqı üçün qoruma tələb edən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) layihəsinə veto qoydu.

  BMT TŞ-nın müvəqqəti üzvlərindən olan Küveytin şura gündəminə gətirdiyi, təxminən iki həftədir üzərində danışıqların aparıldığı, 1 iyunda səsverməsi təxirə salınan layihə 2 iyunda səsverməyə təqdim olundu.

 ABŞ-ın veto qoyduğu qanun layihəsinə 10 ölkə dəstək verib, şuranın daimi üzvü İngiltərə, müvəqqəti üzvləri Polşa, Hollandiya və Efiopiya isə bitərəf qaldı.

  Üç dəfə baxışdan keçən layihədə bundan əvvəl Fələstin xalqı üçün beynəlxalq təminat tələb edildiyi halda, sonuncu variantda vətəndaşlarına "beynəlxalq qoruma təmin etməyə yönəlik tədbirlərin dəyərləndirilməsi" çağırışı edilib.

  Qeyd edək ki, BMT TŞ-da bir layihənin qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-unun lehinə səs verməsi və daimi üzvlər ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan hər hansı birinin veto hüququndan istifadə etməməsi lazımdır.

  ABŞ-ın Qəzzadakı zorakılıq hadisələrindən məsul tutduğu Həmasın pislənməsini tələb etdiyi layihə lazımi 9 səsi ala bilmədiyi üçün qəbul edilməyib. Amerika Birləşmiş Ştatları təmsilçisi Nikki Haley də “layihədə Həmasın İsrailə raket hücumlarına diqqət yetirilmədiyi üçün veto qoyduqları”nı açıqlayıb. O, fələstinlilərin qorunmasını nəzərdə tutan layihəni “tək tərəfli və iflas etmiş layihə” adlandırıb. Halbuki layihədə Qəzzadan İsrailin dinc yaşayış məntəqələrinə raket atılması da tənqid olunur.

  Səsvermədən sonra söz alan daimi və müvəqqəti üzvlərin nümayəndələri fələstinlilər üçün qoruma mexanizmi yaradılmasının vacibliyinə toxunublar. Küveytin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mənsur əl-Uteybi Amerika Birləşmiş Ştatlarının veto qoyduğu layihəni BMT-nin ümumi kabinetinə gətirilməsini düşündüklərini söyləyib. Fələstinin nümayəndəsi Riyad Mənsur da ABŞ-ın hər platformada İsrailə qalxan olmasına son dərəcə təəssüf hissi keçirdiyini bildirib. Rusiyanın nümayəndəsi Vassili Nebenziya isə Fələstin-İsrail probleminin həlli üçün hər iki ölkənin liderlərini Moskvaya dəvət edərək sammit keçirməyə hazır olduqlarını deyib.



Әlaqәli Xәbәrlәr