İngilis dili müəllimi Ağ Evə qrammatika dərsi keçdi

ABŞ-da təqaüdə çıxan ingilis dili müəllimi Ağ Evdən ona göndərilən məktublardakı səhvləri işarələyərək geri göndərdi.

982216
İngilis dili müəllimi Ağ Evə qrammatika dərsi keçdi

ABŞ-da təqaüdə çıxan ingilis dili müəllimi Ağ Evdən ona göndərilən məktublardakı səhvləri işarələyərək geri göndərdi.

Atlanta şəhərində yaşayan 61 yaşlı Yvonne Mason CNN kanalına açıqlamasında Floridada 17 şagirdinin silahlı hücum zamanı öldürülməsilə əlaqədar prezident Donald Trampla görüşmək üçün Ağ Evə məktubla müraciət etdiyini bildirdi.

Bir müddət sonra Masona rədd məktubu gəldi. O, cavab məktublarındakı səhvləri işarələyərək yenidən Ağ Evə göndərdi.

Müəllim məktubun sol küncündə "Bunu redaktə etdinizmi?", sonunda isə "Aman Tanrım, bu səhvdir" qeydini yazan Mason qrammatikaya, xüsusilə də, Ağ Evdə riayət edilməsinin vacib olduğunu bildirdi.

"Əgər bu məktub orta məktəbdə yazılsaydı "C", liseydə yazılsaydı "D" verərdim", deyə müəllim bildirdi.

Masonun Facebook-da paylaşdığı səhv dolu məktub öncə sosial mediada, daha sonra aparıcı media qurumlarında işıqlandırıldı.



Әlaqәli Xәbәrlәr