Keçən ay da 13 gün xəstəxanada qalmışdı

ABŞ-ın sabiq prezidenti böyük Corc Buş bazar günü qan təzyiqinin düşməsi səbəbindən Men ştatında xəstəxanaya yerləşdirilib.

980072
Keçən ay da 13 gün xəstəxanada qalmışdı

ABŞ-ın sabiq prezidenti böyük Corc Buş bazar günü qan təzyiqinin düşməsi səbəbindən Men ştatında xəstəxanaya yerləşdirilib.

Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat "Twitter"da yerləşdirdiyi məlumata görə, 93 yaşlı sabiq prezident özündə zəiflik hiss edib.  Buş Men ştatının cənub hissəsində xəstəxanaya yerləşdirilib. Müayinədən keçmək üçün bir neçə gün orada qalacağı güman edilir.

Nümayəndənin sözlərinə görə, sabiq prezidentin ağlı özündədir və narahatlıq hiss etmir.

Qeyd edək ki, Böyük Corc Buş aprel ayında da xəstəxanaya yerləşdirilmişdi.



Әlaqәli Xәbәrlәr