Çin ABŞ-a reaksiya göstərdi

Çin döyüş gəmilərinin Şişa adalarının yerləşdiyi sulara girməsinə reaksiya göstərərək, rəsmi Vaşinqtonı provokativ əməliyyatlarına son qoymağa çağırıb.

980097
Çin ABŞ-a reaksiya göstərdi

Çin döyüş gəmilərinin Şişa adalarının yerləşdiyi sulara girməsinə reaksiya göstərərək, rəsmi Vaşinqtonı provokativ əməliyyatlarına son qoymağa çağırıb.

 Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq yazılı açıqlama verərək bildirib ki, ABŞ-a məxsus hərbi gəmilərin Cənub Çin dənizində yerləşən Şişa adalarının olduğu sulara girməsindən Çin narahatdır və qətiyyətlə bunun qarşısındadır. ABŞ belə əməliyyatlarına dərhal son qoymalıdır.

Sözçü rəsmi Pekinin milli suverenlik və təhlükəsizliyi qorumaq üçün vacib addımları atmaqda davam edəcəyini söyləyib.

Çin müdafiə Nazirliyinin açıqlamasında da Çin hərbi gəmilərinin ABŞ-a məxsus hərbi  gəmilərinin bölgəni tərk etmələri üçün xəbərdarlıq məqsədilə bölgəyə göndərildiyini bildirib.

Şişa adalarının Çinin hakimiyyətində olduğu bildirilən açıqlamada ABŞ-ın Çin və beynəlxalq hüquq qaydalarını pozmasına qətiyyətli şəkildə etiraz edildiyi vurğulanıb.  



Әlaqәli Xәbәrlәr