ABŞ-dan İrana qarşı yeni sanksiya
Amerika Birləşmiş Ştatları (ABŞ), İranlı hava yolu şirkətlərinə, Amerika mənşəli avadanlıq təmin etdikləri səbəbiylə 9 adam və quruluşa qarşı sanksiya tətbiqinə başlayıb.
ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Mahan, Caspian, Meraj və Puya kimi İranlı hava yolu şirkətlərinə Amerika mənşəli texnikalar tədarük etdikləri iddia edilən 3 adam və 6 şirkət sanksiya siyahısına daxil edilib. Şərhdə həmçinin bildirilib ki, İranlı hava yollarına məxsus 31 təyyarəyə xidmət və ya eniş icazəsi verənlər də sanksiya siyahısına salınacaqlar. Belə bir qərarın qəbul edilməsinə səbəb kimi, İranlı hava yolu şirkətlərinin terror təşkilatı Hizbullah və Əsəd rejiminə silah, döyüşçü və maliyyə təmin etdiyi irəli sürülən açıqlamada: “İran tərəfindən bölgəyə terror ixrac etmək üçün istifadə edilən hava yollarına eniş icazəsi və havaçılıq xidmətləri təmin edən ölkələr, bunun cəzasını cəkməlidilər”- deyə vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.