İtaliyada islahat hökuməti yaradılır

İtaliyada prezident Sergio Mattarella, yeni hökuməti formalaşdırma vəzifəsini irqçi 5 Ulduz Hərəkatının ortaq namizədi, hüquq professoru Giuseppe Conte-ə tapşırıb.

977823
İtaliyada islahat hökuməti yaradılır

Dünən Romadaki Prezident administrasiyasında Conteni qəbul edən Prezident Mattarella iki saat davam edən görüşdən sonra yeni hökumətin formalaşdırılması vəzifəsini Liqa və M5S-nin ortaq namizədi Conte-ə verdiyini açıqlayıb.

Conte da görüşdən sonra təşkil etdiyi mətbuat konfransında İtalyanın beynəlxalq arenadakı və Avropa daxilindəki mövqeyini təsdiq edərək: "Hökumət proqramı, İtalyanların dəyişmə və islahat gözləntiləri nəzərə alınaraq hazırlanıb. Bu səbəbdən bunu, prezident və Konstitusiya prioritetlərinə tam hörmət çərçivəsində hökumət təcrübələrimizlə tətbiq edəcəyik. Vətəndaşların bütün haqq və hüquqlarını qoruyacaq bir hökumət yaradmaq istəyirəm.

Həm Avropa İttifaqı daxilində həm də beynəlxalq məzmunda Aİ təşkilatları və digər ölkələr nəzdində İtalyanın haqqını müdafiə edəcəyini ifadə edən Conte, "İslahat hökumətinin yaranma prosesinin" başladığını vurğulayıb.

Qeyd edək ki, 54 yaşlı Giuseppe Conte İtaliyanın cənubundakı Puglia bölgəsində anadan olmuşdur. Vəkil və eyni zamanda alim olan Conte, Florensiya və Luiss universitetlərində işləyir.

 



Әlaqәli Xәbәrlәr