Mərkəzi Amerika ölkəsi olan Hondurasda xüsusi bir təyyarə qəzaya uğrayıb

Hondurasda "Gulfstream G200" N813WM" təyyarəsi eniş edərkən zolağdan çıxıb və qəzaya uğrayıb.

977060
Mərkəzi Amerika ölkəsi olan Hondurasda xüsusi bir təyyarə qəzaya uğrayıb

Fövqəladə hallar idarəsinin məlumatına görə, təyyarənin Tonkontin hava limanında qəzaya uğraması nəticəsində 6 ABŞ vətəndaşı yüngül xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Təyyarəyə ciddi ziyan dəyib.

İnsidentdən sonra Tequsiqalpe şəhərində yerləşən hava limanı bağlanıb. Hazırda gələn reyslər San-Pedro-Sula hava limanına yönəldilir, uçuşlar isə dayandırılıb.



Әlaqәli Xәbәrlәr