Fələstin Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Müqaviləyə qatılmaq üçün sənəd təqdim etdi

Fələstinin Kimyəvi Silahlar Müqaviləsinə qatılmaq qərarı 16 iyun 2018-ci il tarixindən tutmuş qüvvəyə minəcək.

977348
Fələstin Kimyəvi Silahların Qadağan Edilməsi üzrə  Müqaviləyə qatılmaq üçün sənəd təqdim etdi

Mərkəzi qərargahı Hollandiyanın Haaqa şəhərində yerləşən Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatın açıqlamasında Fələstinin 17 may 2018-ci il tarixində iştirak etmək üçün vacib olan sənədlərini BMT Baş Katibliyinə təqdim etdiyi bildirilib.

Açıqlamada Kimyəvi Silahlar Müqaviləsinə qatılmaq qərarının 16 iyun 2018-ci il tarixindən tutmuş qüvvəyə minəcəyi qeyd edilib.

Türkiyə təşkilat qurulduğu gündən bəridir qatılmayan ölkələrin təşkilata üzv olması üçün təşviq edir.

Cənubi Sudan, Misir, İsrail və Şimali Koreya isə hələ də təşkilata üzv deyillər.

Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilat 1993-cü ildə hazırlanaraq 1997-ci ildə qüvvəyə minən Kimyəvi Silahlar Müqaviləsinin nəzarətindən məsul təşkilat kimi fəaliyyət göstərir.

Təşkilat Suriyanın kimyəvi silahlarının məhv edilməsi fəaliyyətləri zamanı göstərdiyi uğuruna görə 2013-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr