Səudiyyə Ərəbistanında qadın haqları müdafiəçiləri tutuldu

“Deutsche Welle”in (Türkiyə türkcəsində) xəbərinə görə, İnsan Haqları Müşahidə Təşkilatı (HRW) 7, Əfh Təşkilatı isə 6 qadının nəzarətə alındığını bildirib. Onların arasında məşhur qadın haqları müdafiəçiləri Luceyn Haslul və İman əl-Nefce də var.

976011
Səudiyyə Ərəbistanında qadın haqları müdafiəçiləri tutuldu

 Səudiyyə Ərəbistanında çox sayda qadın haqları müdafiəçisi nəzarətə götürülüb.  

  “Deutsche Welle”in (Türkiyə türkcəsində) xəbərinə görə, İnsan Haqları Müşahidə Təşkilatı (HRW) 7, Əfh Təşkilatı isə 6 qadının nəzarətə alındığını bildirib. Onların arasında məşhur qadın haqları müdafiəçiləri Luceyn Haslul və İman əl-Nefce də olub.

  Əl-Haslul 2014-cü ildə bir avtomobillə Birləşmiş Ərəb Əmirliklərindən qonşu Səudiyyə Ərəbistanına getmək istədiyi zaman yaxalanmış və iki ay həbsxanada saxlanılmışdı.

  Qeyd edək ki, Səudiyyə Ərəbistanda hələ bu il – 2018-ci ilin 24 iyunundan etibarən qadınlar avtomobildən istifadə edəcək. Nəzarətə götürülən qadın haqları müdafiəçiləri avtomobil qadağası olduğu zaman tutulub. Onlar ölkədə avtomobil qadağasının götürülməsilə yanaşı, qadınların kişi qohumları olmadan da evlənmə və səyahətetmə imkanlarının olmaması sisteminin də aradan qaldırılmasını tələb edir.

  Səudiyyə Ərəbistanı hökuməti qadın haqqları müdafiəçilərini "vətən xaini" adlandırıb, onların "xarici düşmən qüvvələrlə əlaqə” maddəsilə həbs olunduğunu bildirib və bu qadınların təhlükəsizlik, sabitlik və ictimai əmin-amanlığı təhlükəyə atmaq və milli birliyə zərər verməklə günahlandırıb.

  Vəliəhd Şahzadə Məhəmməd bin Salman isə ölkəsini müasirləşdirmək tərəfdarı olduğunu bildirib.

  Xatırladaq ki, Səudiyyə Ərəbistanında təxminən 35 ildir davam edən kino qadağası bu il qalxıb. Vəliəhd Şahzadə bin Salman mart ayında verdiyi açıqlamada: “Qadınların "ədəbli və hörmətli" qara hicab geyinərək bədənlərini tam örtərsə, kinoteatra gedə bilər”, - söyləmişdi.



Әlaqәli Xәbәrlәr