Husilәr yaşayış mәntәqәlәrinә hücum etdi, ölәn var

Bu barәdә ölkәnin hüquq-mühafizә orqanlarının verdiyi mәlumatda bildirilib.

976082
Husilәr yaşayış mәntәqәlәrinә hücum etdi, ölәn var

Yәmәnin şәrqindә yerlәşәn Marib qәsәbәsindә Husilәrin törәtdiyi hücum nәticәsindә  5 dinc sakin hәlak olub, 20 nәfәr dә yaralanıb.

Bu barәdә ölkәnin hüquq-mühafizә orqanlarının verdiyi mәlumatda bildirilib. Mәlumatda Husilәr tәrәfindәn Sarvah qәsәbәsindәn atılan raket mәrmisinin yaşayış mәntәqәlәrinә düşdüyü vurğulanıb.

Rәsmilәr ölü vә yaralı sayının artacağını istisna etmir.

Sarvah qәsәbәsindә yerlәşәn  Heyelan dağı Husilәrin nәzarәtindәdir. Mәlumatda hәmçinin silahlıların yaşayış mәntәqәlәri vә hәrbi hissәlәrә tez-tez hücum tәşkil etdiyi vurgulanır.

Qeyd edәk ki, Yәmәnin paytaxtı Sәna vә ölkәnin bәzi bölgәlәri 2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki  koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn hәkimiyyәtә sadiq qüvvәlәrә dәstәk verir.



Әlaqәli Xәbәrlәr