İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә şәhid olan fәlәstinlilәrin sayı 62 nәfәrә çatıb

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı məlumatda yaralı sayının da 2770-i keçdiyi bildirilir. Məlumatda o da yazılıb ki, şəhidlərdən 8-i 18 yaşdan aşağı, yaralılardan 225-i uşaq, 86-sı qadındır.

971826
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә şәhid olan fәlәstinlilәrin sayı 62 nәfәrә çatıb

İsrail əsgərlərinin Qəzza zolağında  Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsinə etiraz bildirən nümayişçilərə atəş açması nəticəsində şəhid edilən fələstinlilərin sayı 62 nәfәrә  çatıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı məlumatda yaralı sayının da 2770-i keçdiyi bildirilir. Məlumatda o da yazılıb ki, şəhidlərdən 8-i 18 yaşdan aşağı, yaralılardan 225-i uşaq, 86-sı qadındır.  

İsrail ordusu Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә gözyaşardıcı qazla da  müdaxilә edib.

Xatırladaq ki, Qəzza zolağında  çadırlar quran fələstinlilər ABŞ Səfirliyinin Qüdsə köçürülməsini  və İsrailin quruluş ildönümü olan Nekbenin (Böyük Fəlakət) 70-ci ilinə etiraz etmək üçün "milyonluq yürüş" adını verdikləri mitinqlər keçirir.

ABŞ Prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da  Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb, yeni səfirlik binasını 14 mayda keçirilən rəsmi mərasimlə açıb.



Әlaqәli Xәbәrlәr