BMT İsraillə bağlı müstəqil təhqiqatın aparılması üçün çağırış etdi

Birləşmiş Millətlər Təşkilatı İsrailin fələstinli sivillərə qarşı törətdiyi qətliamı gücün ifrat dərəcədə tətbiqi olaraq səciyyələndirdi və müstəqil təhqiqatın aparılması üçün çağırış etdi.

971452
BMT İsraillə bağlı müstəqil təhqiqatın aparılması üçün çağırış etdi

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville Cenevrə ofisində təşkil olunan mətbuat konfransında dünən Qəzzada fələstinli etirazçıların İsrail tərəfindən qətl edildiyini söylədi.

Colville Qəzza sərhədində martın 30-dan etidbarən davam edən "Böyük Qayıdış Yürüşü"nə qoşulan ən az 112 fələstinlinin şəhid , ölənlərdən 14-nün  isə uşaq olduğuna diqqət çəkdi.

Qəzza sərhədində bu gün keçiriləcək etiraz aksiyalarına görə narahat olduğunu bildirən Colville dünənki etirazlarda təxminən 40 min fələstinlinin iştirak etdiyini qeyd etdi.

"İfrat güc ilkin tədbir olaraq deyil, ən son çarə olaraq tətbiq olunur" deyən Colville Qəzzadakı dəhşətli, ölüm saçan zorakılığı qınadı. 

Qeyd edək ki, İsrailin təhlükəsizlik qüvvələri dünən Qəzza sərhədində keçirilən etiraz aksiyalarında 60 fələstinlini şəhid edib, 2770-dən çoxunu yaralayıb.

 



Әlaqәli Xәbәrlәr