İngiltәrә, Fransa vә Almaniyanın XİN rәhbәrlәri İranla bağlanan nüvә müqavilәsini müzakirә edәcәklәr

İngiltərə, Fransa və Almaniyanın  Xarici İşlər nazirləri İranla bağlanan nüvə müqaviləsini müzakirә etmәk üçün  Brüsseldə görüşәcәk.

969465

Mәlumata görә, Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Federika Moqerini (Federica Mogherini)  İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin İranla bağlanan nüvə müqaviləsini müzakirә etmәk üçün çərşənbə axşamı Belçikanın paytaxtı Brüsseldə keçirəcəkləri toplantıya ev sahibliyi edəcək.

Federika Moqerini vә üç nazirin  daha sonra İran Xarici İşlәr naziri Cavad Zәriflә  bir araya gәlәcәyi bildirilir.

Qeyd edәk ki, ABŞ Prezidenti Donald Tramp ölkәsinin İranla bağlanan nüvә müqavilәsindәn çıxacağını bildirmişdi.

Әlaqәli Xәbәrlәr