ABŞ Dövlət Departamentindən Qüds açıqlaması

ABŞ Dövlət Departamenti  ABŞ-ın İsraildəki səfirliyinin mayın 14-də Qüdsdə açılacağını bildirdi.

969074
ABŞ Dövlət Departamentindən Qüds açıqlaması

ABŞ Dövlət Departamenti  ABŞ-ın İsraildəki səfirliyinin mayın 14-də Qüdsdə açılacağını bildirdi.

Dövlət Departamentindən məsələyə dair verilən açıqlamada deyilir:  " ABŞ-ın Qüdsdəki səfirliyi mayın 14-də fəaliyyətə başlayacaq. Bununla fəxr edirik. Bu proses səfir Devid M. Friedmanın başçılığı ilə həyata keçiriləcək. Rəhbərliyin nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan, xəzinə naziri Stiven Mnuchin, məsləhətçilər Hared Kushner və Ivanka Trump daxildirlər".
 
 Açıqlamada dövlət katibinin müavini Con Sallivanın İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi qeyd edilir.
 
 Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureykat  dövlət nümayəndələrini, diplomatları və qeyri-hökumət təşkilatlarını ABŞ  səfirliyinin 14 mayda keçiriləcək açılış mərasimini boykot etməyə çağırıb.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Ağ Evdə keçirdiyi mətbuat konfransında Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barəsində göstəriş verdiyini açıqlamışdı. ABŞ rəhbərliyi səfirliyin Tel-Əvivdən Qüdsə 14 mayda köçürülməsi barəsində qərar qəbul etmişdi. Qərar regional və beynəlxalq səviyyədə,  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində böyük narazılıqla qarşılanmışdı.



Әlaqәli Xәbәrlәr