Tereza Meylə Binyamin Netanyahu arasında telefon danışığı oldu

İngiltərənin Baş naziri Tereza Meylə (Theresa May) israilli həmkarı Binyamin Netanyahu arasında telefon danışığı oldu.

968415
Tereza Meylə  Binyamin Netanyahu arasında telefon danışığı oldu

İngiltərənin Baş naziri Tereza Meylə (Theresa May) israilli həmkarı Binyamin Netanyahu arasında telefon danışığı oldu.
 
İngiltərə Nazirlər Kabinetindən verilən məlumata görə, Mey telefon görüşündə İranı İsrail hərbi qüvvələrinə qarşı raket hücumuna görə qınayıb, İsrailin bu təcavüz qarşısında özünü müdafiə hüququnu dəstəkləyib.
 
Mey bir daha tərəfləri sakitliyə dəvət edib.
 
Liderlər  beynəlxalq cəmiyyətin İranın "bölgədəki sabitliyi pozan hərəkətlərinə" qarşı birgə fəaliyyətinin əhəmiyyətini , Rusiyanın  Suriya üzərindəki təsirindən istifadə edərək,  İranın yeni hücumlarına mane olmasının vacibliyini vurğulayıblar.
 
 İngiltərənin Baş naziri telefon görüşündə ölkəsinin İranla bağlanan nüvə müqaviləsi ilə əlaqədar mövqeyini bir daha dilə gətirib.

Mey  İngiltərənin də, avropalı tərəfdaşlarının da müqavilənin qüvvədə qalmasının tərəfdarı olduqlarını, bunun İranın nüvə silahı istehsalının qarşısını almağın ən yaxşı yolu olduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr