ABŞ beş DEAŞ başçısının ələ keçirildiyini bildirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp terror təşkilatı DEAŞ-ın ən çox axtarışda olanlar siyahısındakı beş başçısını ələ keçirildiyini bildirdi.

968682
ABŞ beş DEAŞ başçısının ələ keçirildiyini bildirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Twitter hesabında: "Ən çox axtarışda olan beş DEAŞ lideri yaxalandı" yazdı.

Pentaqon bu barədə hələ ki rəsmi açıqlama verməyib. Lakin ABŞ-ın başçılıq etdiyi DEAŞ-a qarşı koalisiyanın sözçüsü polkovnik Ryan Dillon Twitter hesabından belə bir ismarış bölüşdü: " DEAŞ-ın beş əsas başçısı ələ keçirildi. Bu, DEAŞ-a böyük bir zərbə oldu".

"New York Times" qəzeti yaxalanan terrorçuların adlarını sadaladı. Bunlar Səddam əl-Cəmal, Məhəmməd əl Qədir, İsmayıl əl Eysavi, Ömər əl Karbuli, Essam əl Zevbaidir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr