Beynәlxalq Miqrasiya Tәşkilatı Sәudiyyә Әrәbistanına xәbәrdarlıq etdi

Beynəlxalq Miqrasiya Təşkilatı  Səudiyyə Ərəbistanına Yәmәn vәtәndaşlarını deportasiya etmәmәlәri ilә әlaqәdar xәbәrdarlıq edib.

968178
Beynәlxalq Miqrasiya Tәşkilatı Sәudiyyә Әrәbistanına xәbәrdarlıq etdi

Beynəlxalq Miqrasiya Təşkilatı Səudiyyə Ərəbistanına Yәmәn vәtәndaşlarını deportasiya etmәmәlәri ilә әlaqәdar xәbәrdarlıq edib.

Sәudiyyә Әrәbistanının bu il 17 min yәmәnlini deportasiya etdiyini bildirәn tәşkilat  700 min nәfәrin dә deportasiya tәhlükәsi ilә qarşı-qarşıya olduğunu bildirib.

Yәmәnlilәrin qarşıdurma vә bombardmanların davam etdiyi ölkәlәrinә geri qayıtmayacağına diqqәt çәkәn tәşkilat Sәudiyyә Әrәbistanına bu mәsәlә ilә bağlı xәbәrdarlıq edib.

Yәmәnin hәr ay 7 min miqrant vә afrikalı qaçqına ev sahibliyi etdiyini vurğulayan tәşkilat keçәn ilin sonunda qaçqınların sayının 100 minә çatdığını xatırladıb.

Tәşkialat afrikalı miqrantların әksәriyyәtinin körfәz ölkәlәrinә getmәk  üçün Yәmәnә keçdiklәrini vurğulayıb.



Әlaqәli Xәbәrlәr